Departament gücləndirilmiş rejimə keçdi - Metroların giriş-çıxışlarında, avtobus dayanacaqlarında

Departament gücləndirilmiş rejimə keçdi - Metroların giriş-çıxışlarında, avtobus dayanacaqlarında
17:43 3 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Bakı şəhər İcra hakimiyyətinin (BŞİH) Xidmət və Ticarət Departamenti IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Trend-ə açıqlamasında departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, xidmət əməkdaşlarına ciddi tapşırıq verilib:

"Departamentin bütün əməkdaşları mayın 1-dən gücləndirilmiş iş rejimində çalışır. Bu iş rejimi ayın sonuna qədər davam edəcək. Əsas məqsəd IV İslam Həmrəyliyi Oyunları ərəfəsində və oyunlar zamanı metroların giriş-çıxışlarına, avtobus dayanacaqlarına, əhalinin sıx olduğu ərazilərə nəzarəti gücləndirməkdir. Mayın 1-dən sonuna qədər əməkdaşlarımız həmin ərazilərə təhkim olunub, səyyar satışın qarşısı alınır. Bu isə paytaxt sakinləri və turistlərin rahatlığını təmin etmək məqsədi daşıyır".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2749644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR