Baloğlan Əşrəfov "Land Gruiser"i ilə qayda pozdu - VİDEO

Baloğlan Əşrəfov "Land Gruiser"i ilə qayda pozdu - VİDEO
17:52 3 May 2017
169 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Baloğlan Əşrəfov idarə etdiyi "Toyota Land Gruiser" markalı, 90 SA 388 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
 
Milli.Az bildirir ki, avtosfer.az-ın əməkdaşı əməkdar artistin bu hərəkətini aprelin 28-də Bakının Yasamal rayonu ərazisində lentə alıb. Belə ki, Baloğlan Əşrəfov idarə etdiyi avtomobili Mətbuat prospektindəki avtobus dayanacağında park edərək "Azərbaycan" nəşriyyatına gedib. Dayanacaqda avtobus gözləyənlər isə Baloğlan Əşrəfovun bu hərəkətini ikrah hissi ilə qarşılayıblar.

Qeyd edək ki, əməkdar artistin bu qayda pozuntusu 40 manat cərimə ilə nəticələnə bilər. Düzdür, həmin yerdə başqa sürücülər də maşın saxlayaraq qayda pozublar. Qanuna görə, avtobus dayanacağına 15 metr məsafədə avtomobillərin dayanması və durması qadağandır. Lakin məsələ burasındadır ki, Baloğlan Əşrəfov əməkdar artistdir, sevilən müğənnidir. Və o, öz davranışı ilə cəmiyyətə nümunə olmalıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Baloğlan Əşrəfov

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/541365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR