“Qəbələ” bürünc medal qazandı

“Qəbələ” bürünc medal qazandı
17:57 3 May 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ” bürünc medal qazanıb. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, bölgə təmsilçisinin komandası U-10 Liqasında III yeri tutub.

 

AFFA-nın təşkil etdiyi yarışda bu gün final və “bürünc” uğrunda qarşılaşma keçirilib. “Qəbələ” bürünc medal uğrunda matçda “Əlincə” ilə görüşüb. Oyun “qırmızı-qaralar”ın 6:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Qəbələ”nin ən aşağı yaş qrupu üzrə komandası mövsümü bürünc medallarla başa vurub. 

 

Qeyd edək ki, “Qəbələ” final mərhələsində “Əlincə” ilə matçadək “Azəri TİM” (0:0, 6:2), “Sumqayıt” (4:0, 3:0) və “Vətən” RİOEUG ilə (0:2, 1:5) qarşılaşıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qbl-burunc-medal-qazand-t57854.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR