Tayfun Kılıç: “Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsinə çalışır”

Tayfun Kılıç: “Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsinə çalışır”
18:07 3 May 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 3 may. REPORT.AZ/ “Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin tikintisində son tamamlama işlər gedir. Yaxın vaxtlarda işlər tam başa çatdırılacaq və Bakı-Tbilisi-Qars dəmir yolu tam istifadəyə veriləcək”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin İqtisadiyyat Nazirliyinin department rəhbəri Tayfun Kılıç söyləyib.
Onun sözlərinə görə, Türkiyə Çindən Avropaya qədər uzanan, Asiya və Avropanı birləşdirəcək bu yolun vacibliyini yaxşı başa düşür: "Biz bu yolun Türkiyə ərazisində şaxələndirilməsi layihəsini də hazırlamışıq. Bu yolun İğdırdan keçməklə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına birləşdirilməsi məsələsi də gündəmdədir”.
"Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan, iqtisadi inkişafımızda, ölkələrimizin, xalqlarımızın rihaf halının yaxşılaşmasında, dostluq və qardaşlıq əlaqələrimizin möhkəmlənməsində mühüm rol oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu tezliklə istismara verilməlidir. Türkiyə tərəfi bunun üçün bütün mümkün vasitələrdən istifadə edir”, - nazirlik rəsmisi bildirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-baki-tbilisi-qars-demir-yolunun-tezlikle-istifadeye-verilmesine-calisir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR