Azərbaycanlıları fars adlandıran müəllim işdən çıxarıldı

Azərbaycanlıları fars adlandıran müəllim işdən çıxarıldı
19:12 3 May 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Marneuli rayonunun 5 nömrəli beynəlmiləl məktəbin tarix müəllimi Nana Bakuradze azərbaycanlı şagirdlərin milliyyətcə fars olduqlarını söyləyib və onlara millət olaraq yazığı gəldiyini bildirib.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki,  şagirdlər N.Bakuradzenin dediklərini videoya çəkiblər. Müəllimin dedikləri Facebook səhifəsində müzakirələrə səbəb olub. Gürcüstanda yaşayan azərbaycanlı təhsil işçiləri, Facebook istifadəçiləri və digərləri N.Bakuradzenin dediklərinə mənfi reaksiya veriblər.
 
Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev məsələ barədə Təhsil Nazirliyinə və müvafiq qurumlara məlumat verdiyini, N.Bakuradze barəsində ölçü götürülməsini tələb etdiyini bildirib. O, Gürcüstanda yaşayan azərbaycanlıları təmkinli olmağa və kiminsə səhv hərəkətini ümumiləşdirməməyə çağırıb: "Hər kim olursa-olsun, istər gürcü, istərsə azərbaycanlı, hər kəs dini və milli zəmində fikirlər söyləyərkən çox diqqətli və ehtiyatlı olmalıdır".
 
Qeyd edək ki, Gürcüstan Təhsil Nazirliyinin Marneulidəki 5 nömrəli məktəbin rəhbərliyi ilə müzakirələrinin nəticəsi olaraq N.Bakuradze işdən çıxarılıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/541386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR