“Qəbələ”dən üçüncü çempionluq

“Qəbələ”dən üçüncü çempionluq
19:49 3 May 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

AFFA-nın təşkilatçılığı ilə keçirilən Coca-Cola U-13 Liqasına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın son günündə final və III yer uğrunda qarşılaşma keçirilib. “Qəbələ” qızıl medallar uğrunda matçda qüvvəsini sınayıb.
 
“Qırmızı-qaralar” həlledici matçda “Vətən” RİOEUG ilə qarşılaşıb. Oyunun taleyini 1 qol həll edib. 1:0 hesabı ilə qalib gələn “Qəbələ” çempion tituluna yiyələnib. Qarşılaşmadan sonra komandaya çempionluq kuboku və qızıl medallar təqdim edilib.
 
Bu, əyalət klubunun cari mövsümdə üçüncü uğurudur. U-13-ə qədər U-16 və U-15 də qızıl medallara yiyələnib.
 
Xatırladaq ki, “Qəbələ” bunadək final mərhələsində Naxçıvan UGİM-ini (5:0, 6:0), “İnter”i (1:0, 1:1) və “Mançester Yunayted”i (0:0, 1:0) məğlub edib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273765

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR