Dubay-Yekaterinburq təyyarəsi məcburi eniş etdi

Dubay-Yekaterinburq təyyarəsi məcburi eniş etdi
20:12 3 May 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

"FlyDubai" avişirkətinin Dubaydan Yekaterinburqa uçuş həyata keçirən sərnişin təyyarəsi Ufa hava limanında məcburi eniş edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu addım 9 may - Qələbə Günü münasibətilə parada hazırlıqla əlaqədar atılıb.

Təyyarə havada olarkən Yekaterinburq üzərində hərbi təyyarələrin hazırlıq uçuşları həyata keçirdiyi məlum olub. Bu səbəbdən təyyarənin pilotu Ufa aeroportuna eniş edib.

Ufa hava limanında gözlədikdən sonra təyyarə 2 saat 9 dəqiqəlik ləngimə ilə Yekaterinburqa enib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/541392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR