"Azərbaycan mənə həmişə doğma olaraq qalacaq"

"Azərbaycan mənə həmişə doğma olaraq qalacaq"
20:27 3 May 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

Braziliyalı futbolçu Jayro Rodriges "Neftçi"dən ayrılmasını təsdiqləyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi bu haqda özünün "İnstagram" səhifəsində yazıb.

Özü də Jayro azarkeşlərə vida mesajını Azərbaycan dilində yazıb: "Salam olsun bütün "Neftçi" sevənlərə!!! Klubda oldugum ərəfədə, mənə hər zaman dəstək olan klub rəhbərliyinə, məşqçi heyətinə, komanda yoldaşlarıma və bütün "Neftçi" azarkeşlərinə minnətdarlıq bildirirəm!!! Azərbaycan və "Neftçi" mənə hər zaman doğma olaraq qalacaq. Gələcək illərdə komandaya uğurlar arzu edirəm!"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/iran/541331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR