5 nömrəli Uşaq İncəsənət məktəbi hesabat konserti təqdim edib

5 nömrəli Uşaq İncəsənət məktəbi hesabat konserti təqdim edib
20:42 3 May 2017
Ölkə mətbuatı
A- A+

Mayın 02-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 5 nömrəli Uşaq İncəsənət məktəbi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş hesabat konserti təqdim edib.

Milli.Az bildirir ki, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, məktəbin müəllim kollektivi və digər qonaqlar iştirak ediblər.

Qonaqlar ilk öncə məktəbin rəsm sinifinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Konsertdə istedadlı şagirdlərin ifasında Fikrət Əmirov "Skertso" və "Min bir gecə" baletindən "Ox atanların rəqsi", Niyazi "Arzu", Qara Qarayev "Prelüdiya", xalq mahnısı "Aman təklik əlindən", Covanni Rossini "Pisliklərin dueti" kimi Azərbaycan, dünya bəstəkarlarının əsərləri və xalq musiqiləri səsləndirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/541303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR