Bu ölkədə bankomatları polislər qoruyacaq

Bu ölkədə bankomatları polislər qoruyacaq
20:43 3 May 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Hollandiyada fəaliyyət göstərən "Rabobank" öz bankomatlarını soyğunçulardan qorumaq üçün təhlükəsizlik qüvvələrinin yardımından istifadə edəcək.

Trend-in məlumatına görə, Hollandiyada bankomatlara hücumların artması, xüsusilə də onların oğurluq məqsədilə partladılması bankı belə bir addım atmağa məcbur edib.

Bank rəsmiləri bildiriblər ki, bütün bankomatları, xüsusilə də arxa küçələrdə yerləşən bankomatları polislər qoruyacaq. Bu addımın banka böyük bir məbləğə başa gələcəyini, lakin təhlükəsizliyin əsas olduğunu deyiblər.

Qeyd edək ki, keçən il Hollandiyada 79 bankomat oğurluq məqsədilə partladılıb. Ötən ay iki bankomata qoyulmuş partlayıcı maddəni zərərsizləşdirmək üçün təhlükəsizlik qüvvələri ətrafda yaşayan xeyli insanı təxliyə etmək məcburiyyətində qalmışdı.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2749795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR