Tovuzda Gürcüstan vətəndaşını elektrik cərəyanı vurub

Tovuzda Gürcüstan vətəndaşını elektrik cərəyanı vurub
21:12 3 May 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstan vətəndaşını Tovuzda elektrik cərəyanı vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb.

Kəndin ərazisindən keçən qaz borularının çəkilişi zamanı tikintidə işləyən Gürcüstan respublikasının vətəndaşı, 1996-cı il təvəllüdlü Qelaşvili Zaurini elektrik cərəyanı vurub.
 
O rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Z.Qelaşviliyə tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/541350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR