Avtomobilinə qanunsuz pərdə və plyonka vuran sürücülər cərimələnir - REYD - VİDEO

Avtomobilinə qanunsuz pərdə və plyonka vuran sürücülər cərimələnir - REYD - VİDEO
21:32 3 May 2017
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Yol polisi pərdə və plyonka reydinə start verib.

Milli.Az bildirir ki, kustar üsulla hazırlanmış, tətbiqinə icazə verilməyən pərdə və plyonkalardan istifadə edən avtomobillər bir-bir saxlanılaraq cərimə olunub.

Reyd zamanı ötən illərlə müqayisədə qanunsuz pərdə və plyonkalardan istifadə edən sürücülərin xeyli azaldığı da məlum olub. Elə statistika da bunu göstərir.

Kustar üsulla hazırlanmış pərdə və plyonkalardan, eləcə də rəngli şüşələrdən istifadə etməyə görə sürücülər 150 manat miqdarında cərimə olunur.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirir ki, yol polisi tərəfindən belə reydlərin keçirilməsi mütəmadi şəkildə davam etdiriləcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Avtomobilinə qanunsuz pərdə və plyonka vuran sürücülər cərimələnir - REYD


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/541402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR