FIG-in vitse-prezidenti: Azərbaycan Gimnastika Federasiyası bütün istiqamətlərdə ən peşəkar iş aparır (FOTO)

FIG-in vitse-prezidenti: Azərbaycan Gimnastika Federasiyası bütün istiqamətlərdə ən peşəkar iş aparır (FOTO)
21:43 3 May 2017
72 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Gimnastika Federasiyası bütün istiqamətlərdə ən peşəkar iş aparır. Bunu Trend-ə FIG-in vitse-prezidenti, beş qat olimpiya çempionu Nelli Kim deyib.

Onun sözlərinə görə, Azərbaycanda son bir neçə ildə gimnastikanın inkişafında görülən işləri, bəzi ölkələr bütöv bir dövrü ərzində etməzlər.

"Bu işdə ölkə rəhbərliyi çox böyük rol oynayır. Təəssüf ki, mənim hələlik Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva ilə şəxsən görüşmək imkanım olmayıb, amma mən təsəvvür edə bilərəm ki, Mehriban xanım gimnastikanın inkişafında nə qədər maraqlıdır, gələcək nəsillər, idmanın inkişafı və milləti haqqında necə düşünür", - deyə Nelli Kim bildirib.

Nelli Kim həmçinin Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti vəzifəsinə namizədliyinin irəli sürülməsi məsələsinə toxunub.

"Mən hesab edirəm ki, Fərid Qayıbovun UEG-da prezidentliyi onun bütün aktiv fəaliyyətinin tamamilə normal nəticəsi olacaq", - deyə FIG-in vitse-prezidenti qeyd edib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/commentary/2749783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR