"SOCAR Georgia QAS” Gürcüstanda daha bir yaşayış məntəqəsini təbii qazla təmin edib

"SOCAR Georgia QAS” Gürcüstanda daha bir yaşayış məntəqəsini təbii qazla təmin edib
21:52 3 May 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 3 may. REPORT.AZ/ “SOCAR Georgia QAS” şirkəti Gürcüstanın qərbindəki Zestafoni bələdiyyəsinin Kveda Sazano kəndinin qazlaşdırılmasını başa çatdırıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, mayın 3-də Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, “SOCAR Georgia QAS” şirkətinin direktoru Azər Məmmədov və digər rəsmi şəxslər kənddə olublar.
Onlar yeni qazpaylayıcı şəbəkənin fəaliyyəti ilə tanış olub, Kveda Sazano kəndinin mərkəzindəki rəmzi məşəli yandırıblar.
Bildirilib ki, Kveda Sazano kəndində 1728 ailə evlərini isitmək üçün təbii qazdan istifadə edə biləcək.
Qaydalara əsasən hər bir abonent şəbəkəyə qoşulmaq üçün 400 lari ödəməlidir. İmkansız ailələr bu məbləği 16 aya, ayda 25 lari olmaqla da ödəyə bilərlər.



Xəbərin orijinal ünvanı: https://report.az/region/socar-georgia-qas-gurcustanda-daha-bir-yasayis-menteqesini-tebii-qazla-temin-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR