Misir ordusu Sinayda 18 terrorçunu məhv edib

Misir ordusu Sinayda 18 terrorçunu məhv edib
22:02 3 May 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Misirin silahlı qüvvələri Sinay yarımadasının mərkəzi hissəsində gizli terrorçu dəstəyə qarşı geniş miqyaslı əməliyyat keçirib.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə 3-cü səhra ordusunun komandiri, general-mayor Məhəmməd Raafat xəbər verib.
O, bildirib ki, əməliyyat zamanı 18 silahlı məhv edilib. Məhəmməd Raafatın sözlərinə görə, çətin gedilə bilən El-Halyal dağ massivində keçirilmiş reyd zamanı ekstremistləri dəstəkləməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb. Habelə xeyli sayda silah, döyüş sursatı, partlayıcı və narkotik maddələr, həmçinin radikalları təchiz edən 29 minalanmış motosikl götürülüb.
Qeyd edək ki, El-Halyal dağları əvvəllər silahlılar tərəfindən Şimali Sinaya hücum üçün hücum və sığınacaq məqsədilə istifadə edilib.



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/misir-ordusu-sinayda-18-terrorcunu-mehv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR