Qan qrupu ürəktutması riskinə təsir edir

Qan qrupu ürəktutması riskinə təsir edir
22:05 3 May 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Hollandiya alimləri müəyyən ediblər ki, qan qrupu ürəktutması riskinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Nadir kəşfin materialları tematik jurnalda dərc edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 1,3 milyon könüllünün iştirak etdiyi tədqiqat prosesində alimlər II, III, IV (sıralanma xəstəlik riskinin azalması ilə verilib) qan qrupundan olan adamların ürək xəstəliklərinə və qəfil tutmalara daha çox meyilli olduğunu aşkar ediblər. Sağlam həyat tərzi keçirən və zərərli vərdişləri olmayan adamlarda xəstələnmə ehtimalı azdır.

Alimlər qeyd ediblər ki, I qan qrupundan olan adamlar üçün praktik olaraq ürək xəstəliyi qorxusu yoxdur. Risk qrupuna aid adamlar infarkt və digər ürək xəstəliklərindən qaçmaq üçün müntəzəm şəkildə hərtərəfli müayinə olunmalıdırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/541297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR