Prezident İlham Əliyev fransalı həmkarı Fransua Ollanda başsağlığı verib

19:27 7 Yanvar 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 19:24 ]

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev fransalı həmkarı Fransua Ollanda Parisdə törədilmiş terror aktı ilə əlaqədar başsağlığı verib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

 

“Hörmətli cənab prezident, Parisdə törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi sarsıtdı. Bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını hər cür dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368322

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR