"Qırğın edirlər, qoymurlar bazardan çıxmağa" - VİDEO - FOTO

"Qırğın edirlər, qoymurlar bazardan çıxmağa" - VİDEO - FOTO
22:22 3 May 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda sərnişindaşıma sahəsində təhlükəsizliyi təmin etmək məqsədilə reyd keçirilib. Reyd zamanı 52 qayda pozuntusu qeydə alınıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, iri və kiçik tutumlu avtobuslara qarşı keçirilən reyd rayon ərazisini əhatə edib. Reyd zamanı yol polisi əməkdaşları avtobuslara normadan artıq şərnişin götürən sürücüləri saxlayaraq barələrində tədbir görüblər.

Tofiq Abbasov - Sürücü: "Mən demirəm minin. Deyir işə tələsirəm minməliyəm. Mən nə edim? Maşından düşürüm?"

Raqib Abbasov - Sürücü: "Bazarda demişəm minməyin, ayaq üstə qalmayın. Qırğın edirlər, qoymurlar bazardan çıxmağa. Deyirlər ki, bəs biz nə ilə gedək?"

Bundan başqa qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən, istismara yararsız, əlavə avadanlıqlar quraşdırmış, sərnişindaşıma ilə məşğul olmaq üçün fərqlənmə nişanı olmayan iri və kiçik tutumlu avtobuslar saxlanılaraq cərimələniblər.

Bəzi sürücülərin sənədləri olmadığından nəqliyyat vasitələri birbaşa cərimə meydançasına aparılıb.

Ümumilikdə reyd zamanı 52 qayda pozuntusu aşkarlandı. Bunlardan 14-ü sərnişindaşıma qaydalarının pozulması, 5-i avtomobilin texniki baxışdan vaxtında keçirilməməsi, 3-ü avtomobilin sığorta olunmaması və digər qayda pozuntusu ilə bağlı olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/541409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR