Avropa Liqası: "Ayaks" "Lion"u böyük hesabla məğlub edib

Avropa Liqası: "Ayaks" "Lion"u böyük hesabla məğlub edib
22:37 3 May 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
"Report"un məlumatına görə, ilk oyun günündə Hollandiya "Ayaks”ı Fransa "Lion”unu qəbul edib. "Amsterdam Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. Qollardan 2-ni Bertrand Traore vurub.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda İspaniyanın "Selta" klubu İngiltərə "Mançester Yunayted"ini qəbul edəcək. Oyun mayın 4-də keçiriləcək. Cavab görüşləri isə mayın 11-də olacaq.
Avropa Liqası
Yarımfinal, ilk oyun
3 may
20:45. Ayaks (Hollandiya) – "Lion” (Fransa) - 4:1
Qollar: Bertrand Traore, 25; 71. Kasper Dolberq, 34. Amin Yunes, 49 - Matyö Valbuena, 66
Baş hakim: Canluka Rokki (İtaliya)
"Amsterdam Arena”

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avropa-liqasi-ayaks-lion-u-boyuk-hesabla-meglub-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR