Bu da oldu - Əlil arabasına məhkum model alt paltarı reklamında - FOTO

Bu da oldu - Əlil arabasına məhkum model alt paltarı reklamında - FOTO
22:37 3 May 2017
896 Maraqlı
Ölkə mətbuatı
A- A+

İsveçli model Moha Frikraft hərəkəti ilə hər kəsə dərs olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, doğuşdan beynində şiş olan qızın sonradan diqqətsizliyi və hiperaktivliyi pozulub. Həkimlər ona "Asperberg" sindromu "Autizmin bir forması) diaqnozu qoyublar. 

Get-gedə hərəkət etməkdə çətinlik çəkən 27 yaşlı Moha əlil arabasından istifadə etmək məcburiyyətində qalıb. Lakin heç nəyə baxmayaraq, o, təslim olmayıb.

Frikraft əlil arabasında alt paltarları reklamına çəkilib. Onun fotolarını isə məşhur fotoqraf Tomas Qunnarson lentə alıb.

İsveç qəzetinə müsahibə verən Moha deyib:

"Model deyəndə hər kəsin ağlına hündürboy, qüsursuz bədəni olanlar gəlir. Lakin mən bu halımla əlil arabasına məhkumlara örnək olmaq istədim".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/541286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR