Gürcüstanda təbii qazın qiyməti artırıla bilər

Gürcüstanda təbii qazın qiyməti artırıla bilər
23:32 3 May 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 3 may. REPORT.AZ/ "Gürcüstanda əhalinin istehlak etdiyi təbii qazın qiyməti artırıla bilər".
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib.
O, bildirib ki, Gürcüstanın Enerji üzrə Milli Komissiyası iyulun 28-də təbii qazın və elektrik enerjisinin tariflərinin dəyişdirilməsi məsələsinə baxacaq.
“Mən qiymətlərin qalxacağını istisna etmirəm. Amma yekun qərarı komissiya verəcək. Ona görə də məsələhət görürəm ki, hələ gözləyəsiniz” - deyə Kaladze bildirib.
Qeyd edək ki, bundan əvvəl Gürcüstanın Enerji üzrə Milli Komissiyasının nümayəndəsi Qoça Şoniya da təbii qazın və elektrik enerjisinin tariflərinin qalxacağını bildirib. Q.Şoniya deyib ki, ölkədəki qazpaylayıcı şirkətlər təbii qazın tariflərinin dəyişdirilməsini təklif ediblər.
Təbii qazın qiymətinin qalxacağını hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasından deputat Revaz Arveladze də istisna etməyib.
Müxalifət isə iqtidarı tənqid edir və Bidzina İvanişvilinin 2012-ci ildə təbii qazın və elektrik enerjisinin tariflərinin 2 dəfə azaldılacağı barədə bəyanatını yenidən yada salır.
Qeyd edək ki, Gürcüstanda sonuncu dəfə təbii qazın tariflərinə 2005-ci ildə baxılıb və o vaxtdan tariflər dəyişməyib. Hazırda paytaxt Tbilisidə əhali qazın 1 kubmetri üçün 45,62 tetri, regionlarda isə 40 və 5- tetri ödəyir.



Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-tebii-qazin-qiymeti-artirila-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR