DİM mayın 6-da imtahan keçirəcək -

Dövlət İmtahan Mərkəzi mayın 6-da ali təhsil müəssisələrinin tələbələrinə SOCAR-ın təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirir.

DİM-dən Metbuat.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində 3 binada aparılacaq və bütün binalarda saat 11:00-da başlanacaq.

SOCAR bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.

Qeydiyyat SOCAR tərəfindən aparılmış və müsabiqədə iştirak etmək üçün 1695 nəfər müraciət edib. İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri və 114 nəzarətçi-müəllim ayrılıb.

İmtahanın müddəti 1 saatdır.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni SOCAR-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR