Astroloji proqnoz - 4 may

Astroloji proqnoz - 4 may
00:08 4 May 2017
161 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qoç - həyat eşqi və enerjiniz çoxdur. Məntiqli davranın, enerjinizi yanlış istiqamətə yönəltməyin. Əsəb və gərginlik yüksək səviyyədə olacaq, fəaliyyətnizdə xaotiklik müşahidə ediləcək.

Buğa - işlərinizdə hansısa formada ciddi nəticələrə nail olmaq istəyirsinizsə, ağıllı və təcrübəli insanın məsləhətlərinə qulaq asın. Maliyyə baxımından pis gün deyil. Gəlir əldə edilməsi, köhnə borcun qaytarılması istisna deyil.

Əkizlər - müqavilə, anlaşma, sövdələşmə, daşınmaz əmlak almaq, köç və ya iş yerini dəyişmək üçün əlverişli gündür. Axşam saatlarında istirahət edin, yorğunluqdan qurtulun, qüvvəninizi bərpa edin.

Xərçəng - məqsədə aparan yolda qarşılaşdığınız çətinliklər və sədlər sizi qorxutmasın. Yaxın vaxtlarda reallaşdırılması mümkün olan parlaq ideyalar yaranır.

Şir - işlərinizin öhdəsindən gəlməklə yanaşı, yaxın ətrafınızdakı insanlara da həvəslə yardım edin. Alış-veriş üçün uğurlu gündür. Özünüzlə yanaşı, yaxınlarınıza da əşyalar ala bilərsiniz. Seçimdə yanılmayın.

Qız - gün sürprizlərlə zəngindir. Onların əksəriyyəti xoşdur. Gözlənilməz olaylar sizi çaşdırmasın. İstənilən situasiyada dərhal doğru yönü seçin, asanlıq və çevikliklə improvizə edin.

Tərəzi - çox uğurlu və yüngül, rahat gün deyil. Bununla belə, ağır problemlərlə qarşılaşmaq şansı azdır. Eyni vaxtda bir neçə işlə məşğul olmaq məcburiyyəti yaranır.

Əqrəb - diqqətli və sayıq olun. Həmin işlərin hamısı diqqət və həssas münasibət tələb edir. İşlərin öhdəsindən gələcək, amma yorulacaqsınız.

Oxatan - işgüzar görüşlər və danışıqlar üçün əlverişli gün deyil. Dürüst yol və ton seçmək, qarşı tərəflə ümumi dil tapmaq asan deyil.

Oğlaq - daşınmaz əmlak və istənilən əmlakla bağlı sövdələşmələr, əməliyyatlar məsləhət deyil. Axşam saatlarında travma təhlükəsi var.

Dolça - məqsədinizə çatmağa çalışın. Kənar təsirlərin pressinqində əzilməyin. Buna görə də mürəkkəb mexanizmlər və kəskin alətlərlə işləməkdən imtina edin.

Balıqlar - sakit və rahat gündür. Maraqlı imkanlar yaranır. Bu imkanları görün, şansı əldən verməyin. Yaşam potensialı artır. Enerjinizə həsəd aparmaq olar.

milli.az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qoroskop/197470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR