Çempionlar Liqası: “Yuventus” səfərdə qələbə qazandı

Çempionlar Liqası: “Yuventus” səfərdə qələbə qazandı
00:49 4 May 2017
44 Digər
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, final uğrundakı ikinci mübarizədə “Yuventus”la “Monako” üz-üzə gəliblər.

 

Hər iki komanda cari mövsümü əla keçirir. Təsadüfi deyil ki, “Monako” Fransa çempionatında, “Yuventus” isə İtaliya A seriyasında turnir cədvəlinə başçılıq edir. Leonardo Jardimin komandası cari mövsümdə Fransa çempionatının ən məhsuldar komandasıdı – 95 qol. “Monako” Çempionlar Liqasında da bu bacarığını nümayiş etdirir.

 

A seriyasının XXXIV turunda “Atalanta” ilə heç-heçə (2:2) edən “Yuventus” isə sona 4 tur qalmış ən yaxın izləyicisi “Roma”nı 9 xal qabaqlayır.

 

ÇL-in qrup mərhələsində “Bayer”, “Tottenhem” və Moskva MOİK-ini qabaqlayaraq, birinci pillənin sahibi kimi 1/8 finala adlayan “Monako” bu mərhələdə “Mançester Siti”ni mübarizədən kənarlaşdırıb. Knyazlıq klubu 1/4 finalda isə Dortmund “Borussiya”sından güclü olub.

 

“Yuventus” isə Çempionlar Liqasının cari mövsümündə məğlubiyyətin nə olduğunu bilmir. “Sevilya”, “Lion” və Zaqreb “Dinamo”su ilə birlikdə çıxış etdiyi H qrupundan lider kimi növbəti mərhələyə yüksələn “qoca sinyora” 1/8 finalda “Porto”nu (2:0, 1:0), ¼ finalda isə “Barselona”nı (3:0, 0:0) mübarizədən kənarlaşdırıb.

 

Bu görüş isə turinlilərin qələbəsi ilə yekunlaşıb. İtaliya təmsilçisi Qonzalo İquaynın hər hissədə vurduğu bir qolla səfərdən rahat qələbə ilə dönüb. Qələbə "Yuventus"un finala olan ümidlərini bir xeyli artırıb.

 

Çempionlar Liqası

Yarımfinal mərhələsi, ilk oyun

3 may

 

“Monako” (Fransa) – “Yuventus” (İtaliya) - 0:2

Qollar: İquayn, 29, 59

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273777

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR