Çempionlar Liqası:

Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir görüşü keçirilib.

Metbuat.az-ın məlumatına görə, "Monako" "Yuventus"u qəbul edib.

Oyunda hesab 29-cu dəqiqədə açılıb. Qonsalo İquain fərqlənib. İkinci hissədə dublunu rəsmiləşdirən argentinalı futbolçu matçın yekun hesabını müəyyənləşdirib.

Səfərdə 2:0 hesabı ilə qələbə qazanan "Yuventus" cavab görüşü öncəsi böyük üstünlük əldə edib.

Çempionlar Liqası

Yarımfinal, ilk oyunlar

"Monako" - "Yuventus" - 0:2

Qollar: İquain, 29; 59

Komandalar arasındakı cavab görüşü mayın 9-da Turində keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR