Azərbaycanın daha bir rayonunda icbari tibbi sığorta tətbiq olunacaq

Azərbaycanın daha bir rayonunda icbari tibbi sığorta tətbiq olunacaq
01:23 4 May 2017
141 Digər
Ölkə mətbuatı
A- A+

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda icbari tibbi sığorta tətbiq olunacaq.

APA-nın məlumatına görə, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2017-ci il iyulun 1-dən Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqini həyata keçirməlidir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 29 noyabr 2016-cı il tarixli fərmanına əsasən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot layihə olaraq 2017-ci il yanvarın 1-dən Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqini həyata keçirir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR