Whatsapp çökdü

Whatsapp çökdü
01:39 4 May 2017
311 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın bir çox ölkələrində, o cümlədən, Azərbaycanda Whatsapp messencerinin işində fasilə yaranıb.

 

 Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, bir saatdan artıqdır istifadəçilər messencerdən istifadə edə bilmirlər. Bu ana qədər ismarış yollamaq və almaq mümkün deyil.

 

Qeyd edək ki, Whatsapp 2.17.163 beta-versiyasını bir neçə gündür test edir. Yeni versiyada çatların lap yuxarıda sancaqlanması funksiyası istifadəyə verilməlidir. İstifadəçilər istədikləri üç çatı proqram pəncərəsinin yuxarı hissəsinə sancaqlaya biləcəklər. Whatsapp-da yaranmış problemin aparılan testlə bağlı ola biləcəyi ehtimal edilir. Hələlik problemin səbəbi və nə vaxta qədər davam edəcəyi rəsmən açıqlanmayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR