Liviyanın Benqazi şəhəri raket atəşinə tutulub: həlak olanlar var

Liviyanın Benqazi şəhəri raket atəşinə tutulub: həlak olanlar var
02:02 4 May 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Liviyanın Benqazi şəhəri raket atəşinə tutulub.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.
Xəbərdə bildirilir ki, atəş nəticəsində 3 nəfər həlak olub. Agentliyin müxbirinin hadisə yerindən verdiyi məlumata görə, raket şəhərin cənub-şərq hissəsindəki üçmərtəbəli yaşayış binasına düşüb. 
Partlayış nəticəsində həmçinin yaxınlıqdakı bir neçə avtomobil, mağaza da zədələnib.
Xatırladaq ki, 2011-ci ilin oktyabrında Müəmmar Qəddafinin öldürülməsindən sonra Liviyada ikihakimiyyətlilik yaranıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/liviyanin-benqazi-seheri-raket-atesine-tutulub-helak-olanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR