Tereza Meydən Avropa İttifaqına sərt reaksiya:

İngiltərə baş naziri Tereza Mey Avropa İttifaqını ölkəsində keçiriləcək seçkilərə təsir göstərməkdə günahlandırıb.

Metbuat.az-ın məlumatına görə, Mey ilk öncə, erkən seçki müddətini başlatmaq məqsədilə parlamentin buraxılması məsələsəini müzakirə etmək üçün Kraliça II Elizabetlə görüşüb. Baş nazir daha sonra "10 Nömrə"də çıxış edib.

Tereza Mey çıxışı zamanı Avropa İttifaqının İngiltərəyə qarşı düzgün mövqe nümayiş etdirmədiyini deyib:

"Avropalı siyasətçilər və səlahiyyətli şəxslər İngiltərəyə qarşı təhdidlər irəli sürürlər. Bütün bunlar qəsdən edilir. Məqsəd bəllidir. İngiltərədə 8 iyunda keçirilməsi planlaşdırılan seçkilərə təsir göstərmək istəyirlər. İttifaq düzgün mövqe nümayiş etdirmir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR