Vatsapın fəaliyyətində bir neçə saatlıq nasazlıq yaranıb

Vatsapın fəaliyyətində bir neçə saatlıq nasazlıq yaranıb
03:17 4 May 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Vatsap messencerinin Azərbaycan və dünyanın bir sıra ölkələrindəki istifadəçiləri problemlə üzləşiblər.
"Report" xəbər verir ki, buna səbəb vatsapın fəaliyyətində bir neçə saatlıq nasazlığın yaranması olub.
Nəticədə istifadəçilər onun xidmətlərindən yararlana bilməyiblər. Bu, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər sosial şəbəkələrdə messencer fəaliyyətindən yararlana bilməmələrindən şikayət ediblər.
Nasazlıq bir neçə saat sonra aradan qaldırılıb. Lakin onun səbəbləri barəsində (yalnız messencerin rus bölməsi üzrxahlıqla kifayətlənib) hər hansı məlumat verilməyib.
Smartfonlar üçün nəzərdə tutulan vatsap istifadəçilər üçün fotoşəkillər, mətn, audio və videomesajlar, görüntülərin mübadiləsinə xidmət edir. Messencer 2009-ci ildə yaradılıb, 2014-ci ildə "facebook" onu 21,8 milyard dollara alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/vatsapin-fealiyyetinde-bir-nece-saatliq-nasazliq-yaranib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR