BMT-nin Malidəki düşərgəsi atəşə tutulub, 9 sülhməramlı yaralanıb

BMT-nin Malidəki düşərgəsi atəşə tutulub, 9 sülhməramlı yaralanıb
03:32 4 May 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ BMT-nin Malidə sabitləşmə üzrə çoxprofilli kompleks missiyasının (MİNUSMA) Timbukt şəhərindəki düşərgəsinin atəşə tutulması nəticəsində azı 9 sülhməramlı yaralanıb.
"Report"un məlumatına görə, bu barədə qurumun rəsmi açıqlamasında bildirilir.
Açıqlamada qeyd olunur ki, düşərgə günortadan sonra minatanlar və ya raket atəşinə məruz qalıb. "İlkin məlumata görə, altı mərmi atılıb", - deyə rəsmi məlumatda bildirilir.
Yaralı sülhməramlılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir. Onlar Malinin paytaxı Bamakoya təxliyə ediliblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bmt-nin-malideki-dusergesi-atese-tutulub-9-sulhmeramli-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR