Liviya raket atəşinə tutuldu: həlak olanlar var

Liviya raket atəşinə tutuldu: həlak olanlar var
04:38 4 May 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Liviyanın Benqazi şəhəri raket atəşinə tutulub.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.

Xəbərdə bildirilir ki, atəş nəticəsində 3 nəfər həlak olub. Agentliyin müxbirinin hadisə yerindən verdiyi məlumata görə, raket şəhərin cənub-şərq hissəsindəki üçmərtəbəli yaşayış binasına düşüb.

Partlayış nəticəsində həmçinin yaxınlıqdakı bir neçə avtomobilə, mağazaya da ziyan dəyib.

Xatırladaq ki, 2011-ci ilin oktyabrında Müəmmar Qəddafinin öldürülməsindən sonra Liviyada ikihakimiyyətlilik yaranıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR