Bakıda Türkiyə və İran vətəndaşları olan sürücülər arasında kütləvi dava olub, xəsarət alanlar var

Bakıda Türkiyə və İran vətəndaşları olan sürücülər arasında kütləvi dava olub, xəsarət alanlar var
05:22 4 May 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Bakıda Türkiyə və İran vətəndaşları olan sürücülər arasında kütləvi dava olub.
"Report" xəbər verir ki, hadisə Qaradağ rayonunda, Lökbatan qəsəbəsindəki "Tır parkı" adlanan ərazidə baş verib.
Belə ki, hər iki ölkənin vətəndaşları olan sürücülər arasında həmin ərazidə fəaliyyət göstərən kafedə mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Sürücülər dava zamanı kafedəki əşyalardan da istifadə ediblər.
Hadisə nəticəsində Türkiyə və İran vətəndaşları, habelə kafenin ofisiantı da daxil olmaqla, ümumilikdə 5 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan birinə - İran vətəndaşına ilkin tibbi yardım göstərilib.
İnsident zamanı xəsarət almış digər şəxslər isə xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar: kafenin işçisi, 48 yaşlı Nəsirova Zeynəb Allahşükür qızı, 41 yaşlı Türkiyə vətəndaşı Altay Bekar, 50 yaşlı İran vətəndaşı Vidadi Rzayi Mənsum oğlu, 30 yaşlı Məlikzadə Mustafa Ümmət oğludur. 






Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-turkiye-ve-i-ran-vetendaslari-olan-suruculer-arasinda-kutlevi-dava-olub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR