“Yuventus” Monakodan ümidli dönür - YENİLƏNİB - FOTO

“Yuventus” Monakodan ümidli dönür - YENİLƏNİB - FOTO
06:52 4 May 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, final uğrundakı ikinci mübarizədə "Yuventus"la "Monako" üz-üzə gəliblər.

Hər iki komanda cari mövsümü əla keçirir. Təsadüfi deyil ki, "Monako" Fransa çempionatında, "Yuventus" isə İtaliya A seriyasında turnir cədvəlinə başçılıq edir. Leonardo Jardimin komandası cari mövsümdə Fransa çempionatının ən məhsuldar komandasıdı - 95 qol. "Monako" Çempionlar Liqasında da bu bacarığını nümayiş etdirir.

A seriyasının XXXIV turunda "Atalanta" ilə heç-heçə (2:2) edən "Yuventus" isə sona 4 tur qalmış ən yaxın izləyicisi "Roma"nı 9 xal qabaqlayır.

ÇL-in qrup mərhələsində "Bayer", "Tottenhem" və Moskva MOİK-ini qabaqlayaraq, birinci pillənin sahibi kimi 1/8 finala adlayan "Monako" bu mərhələdə "Mançester Siti"ni mübarizədən kənarlaşdırıb. Knyazlıq klubu 1/4 finalda isə Dortmund "Borussiya"sından güclü olub.

"Yuventus" isə Çempionlar Liqasının cari mövsümündə məğlubiyyətin nə olduğunu bilmir. "Sevilya", "Lion" və Zaqreb "Dinamo"su ilə birlikdə çıxış etdiyi H qrupundan lider kimi növbəti mərhələyə yüksələn "qoca sinyora" 1/8 finalda "Porto"nu (2:0, 1:0), ¼ finalda isə "Barselona"nı (3:0, 0:0) mübarizədən kənarlaşdırıb.

Bu görüş isə turinlilərin qələbəsi ilə yekunlaşıb. İtaliya təmsilçisi Qonzalo İquaynın hər hissədə vurduğu bir qolla səfərdən rahat qələbə ilə dönüb. Qələbə "Yuventus"un finala olan ümidlərini bir xeyli artırıb.

Çempionlar Liqası

Yarımfinal mərhələsi, ilk oyun

3 may

"Monako" (Fransa) - "Yuventus" (İtaliya) - 0:2

Qollar: İquayn, 29, 59

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

"Monako": 1. Daniel Subaşiç, 2. Fabinyo, 5. Cemerson, 7. Nabil Dirar, 9. Radamel Falkao, 10. Bernardo Silva, 14. Timo Bokoyako, 19. Cibril Sidibe, 25. Kamil Qlik, 27. Tomas Lemar, 29. Kilian Mbappe

"Yuventus": 1. Canluici Buffon, 15. Andrea Barzali, 19. Leonardo Bonucci, 3. Corcio Kyellini, 12. Aleks Sandro, 5. Miralem Pyaniç, 8. Klaudio Markizio, 23. Dani Alves, 21. Paulo Dibala, 17. Mario Mancukic, 9. Qonzalo İquayn

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR