Cənubi Koreyada prezident seçkiləri start götürdü

Cənubi Koreyada prezident seçkiləri start götürdü
06:59 4 May 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyada prezident seçkilərində vaxtından əvvəl səsvermə başlayıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermə iki gün davam edəcək.

 

Qanunvericiliyə uyğun olaraq, əsas səsvermə günü, mayın 9-da müxtəlif səbəblərdən səs verə bilməyən vətəndaşlar bu hüquqdan istifadə edə biləcək.

 

Ölkədə 43 milyona yaxın seçici qeydiyyatdan keçib. Seçki komissiyasının məlumatına görə, artıq 590 mindən çox seçici səsvermədə iştirak edib.

 

Prezident postuna 13 nəfərin namizədliyi irəli sürülüb. Son rəy sorğularına əsasən, qələbəyə əsas namizəd Demokrat partiyasının təmsilçisi Mun Çje İndir. Onu respondentlərin 42,4%-i dəstəkləməyə hazırdır. Mərkəzçi “Xalq partiyası” An Çxol Su və mühafizəkar siyasi qüvvələrin namizədi Xon Çjun Pxönun reytinqləri 19%-ə yaxındır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273790

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR