iOS-11-də nələr olacaq?

iOS-11-də nələr olacaq?
08:12 4 May 2017
Ölkə mətbuatı
A- A+

"iOS 11" mobil əməliyyat sistemi yayın əvvəlində "WWDC 2017" tədbirində təqdim ediləcək və 3 ay ərzində beta-versiya statusuna malik olacaq. Sentyabrda sözügedən sistemin yekun versiyası hazır olacaq.
Yeni versiya haqda heç nə məlum deyil, amma mənbələr artıq gələcək platformanın bəzi xüsusiyyətlərini paylaşıblar:

"FaceTime"-da eyni anda 4 istifadəçi qrup şəklində videozəng edə bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Apple" korporasiyası "Wallet" ("Pay" adlandırılacaq) proqramını tamamilə dəyişdirəcək və ona sosial funksiyalar əlavə edəcək. Proqramda xəbərlər lenti yaradılacaq. Yeni "Pay" mobil tətbiqinə inteqrasiya edilmiş "iMessage" genişlənməsi messencer vasitəsilə pul göndərməyə imkan verəcək.
 
"FaceTime Audio" zəngləri "iPhone" istifadəçiləri üçün standarta çevriləcək. Yəni "iPhone" sahibinə zəng mobil şəbəkə ilə deyil, avtomatik şəkildə "FaceTime" vasitəsilə həyata keçiriləcək ki, bu da səsin daha keyfiyyətli ötürülməsini təmin edəcək. Başqa telefonlara zəng edildiyi halda ənənəvi texnologiyadan (mobil şəbəkə) istifadə olunacaq.

"iPhone" smartfonu istifadəçinin vərdişlərini öyrənəcək (məsələn, istifadəçinin batareyanın şarjına qənaət funksiyasından istifadə vərdişini öyrənərək ona uyğunlaşacaq).

Məlumat üçün, "iOS 11" mobil əməliyyat sistemi 5 iyun tarixində "WWDC 2017" konfransında təqdim ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/540947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR