Ən sürətli plyonkalı fotokamera ixtira edildi

Ən sürətli plyonkalı fotokamera ixtira edildi
08:22 4 May 2017
Ölkə mətbuatı
A- A+

İsveçin Lund Universitetinin mütəxəssisləri dünyada ən sürətli plyonkalı fotokamera ixtira ediblər. Yeni fotoaparat hətta işığın hərəkətini görməyə imkan verir, onun sürəti saniyədə 5 trilyon kadrdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni unikal fotokameranı nümayiş etdirən mütəxəssislər fotonların hərəkət sürətini qeydə almağa müvəffəq olublar. Bu proses pikosaniyə ərzində baş verir, yeni fotoaparat onu qeydə alıb və sürəti trilyon dəfə azaldılmış formada baxmağa imkan verib.

Yeni plyonkalı fotokamera hətta kimyəvi reaksiyaların ayrı-ayrı anlarını bərkidə bilər. İsveç alimlərinin ixtirası çəkiliş sürətinə görə mütləq rekorda imza atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/540942.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR