Elektron kitabların satışı niyə azalıb?

Elektron kitabların satışı niyə azalıb?
08:37 4 May 2017
Ölkə mətbuatı
A- A+

Ötən il dünyada istehlak seqmenti üzrə elektron kitabların (məhz kitabların, cihazların deyil) satışı 2015-ci ilin göstəriciləri ilə müqayisədə 17 faiz azalıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Publishers Association" analitik şirkətinin hesabatında deyilir. Bu müddət ərzində kağız kitabların və jurnalların satışları 7 faiz, uşaq kitablarının satışı isə 16 faiz artıb.

ABŞ-da da eyni tendensiya müşahidə edilir. 2016-cı ilin ilk doqquz ayında elektron kitabların satışı 18,7 faiz azalıb. Yumşaq üzlü kitabların satışı 7,5 faiz artıb. Qalın cildli kitabların satışı isə bir il öncəsindəkindən 4,1 faiz daha yaxşı nəticə göstərib.
 
"Euromonitor International" analitik şirkətinin məlumatlarına əsasən, 2011-ci ildən 2014-cü ilə qədər olan müddətdə elektron kitab və cihazların satışı 40 faiz azalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/540950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR