Malayziyada İŞİD-in silah anbarı aşkarlanıb

Malayziyada İŞİD-in silah anbarı aşkarlanıb
08:42 4 May 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Malayziyanın hüquq-mühafizə orqanları ölkə ərazisində İŞİD terror qruplaşmasının silah anbarını aşkarlayıb.
"Report" xəbər verir ki, bu barədə "The Star" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, silah anbarı ölkənin şimal-şərqində müəyyən edilib. Polis güman edir ki, ekstremistlər terror aktlarının törədilməsinə hazırlıq məqsədilə il ərzində arsenalı gücləndiriblər.
Anbarda beş ədəd yarımavtomat-tapança, tapança-pulemyot və "Colt M4" karabini tapılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/malayziyada-i-si-d-in-silah-anbari-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR