Azərbaycanda "WhatsApp" bağlandı?

Ölkədə ən çox istifadə olunan sosial şəbəkələrdən biri olan “Whatsapp”-da problem ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, ötən gecə sosial şəbəkədə yaranan problemlə bağlı saatlarla "WhatsApp"-a daxil olmaq mümkün olmayıb. Hətta sosial şəbəkələrdə “WhatsApp”-ın ölkədə fəaliyyətinin dayandırıldığı deyilib. Gecə ərzində sözügedən şəbəkəyə daxil olmaq mümkün olmasa da, sonradan problem aradan qalxıb.

Qeyd edək ki, “WhatsApp”-da yaranmış problemin aparılan testlə bağlı ola biləcəyi ehtimal edilir. "WhatsApp" "2.17.163 Beta"-versiyasını bir neçə gündür test edir. Yeni versiyada artıq istifadəçilər istədikləri üç mesajlaşmanı proqram pəncərəsinin yuxarı hissəsinə sancaqlaya biləcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR