Pampersin dəyişdirilmə vaxtını ölçən cihaz yaradıldı

Pampersin dəyişdirilmə vaxtını ölçən cihaz yaradıldı
08:47 4 May 2017
Ölkə mətbuatı
A- A+

Koreyada uşağın bezinin dəyişdiriləcəyi vaxtı müəyyən etməyi bacaran yeni cihaz yaradılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, cihaz smartfon üçün xüsusi əlavə ilə işləyir.

İşləyən zaman cihaz havanın temperaturunu, nəmliyin dərəcəsini yoxlayır. Bundan sonra cihaz valideynin smartfonuna pampersin dəyişdirilməsinə ehtiyac olması ilə bağlı bildiriş göndərir.
 
Cihazı uşağın paltarının üzərində yerləşdirmək mümkündür. Startapın yaradıcısı Toni Park bildirib ki, o, uşaqların hansı səbəbdən ağladığını, onların niyə yatmadığını bilmirdi və ağlına belə bir ideya gəlib, uşaqların daşıması üçün xüsusi cihaz yaradıb.

Onun sözlərinə görə, cihaz yükü digərlərindən yaxşı bölüşdürür, uzun müddət daşıdıqda bel və çiyinlərdə ağrılar olmur. Cihaz avqust ayında ilk olaraq yalnız Koreyada satışa çıxarılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/540951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR