“Baku Steel Construction” səhmdarlarına hesabat verəcək

“Baku Steel Construction” səhmdarlarına hesabat verəcək
09:17 4 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ İyunun 21-də, saat 11:00-da “Baku Steel Construction” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə müəssisənin Direktorlar Şurasına istinadən rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Binəqədi şossesi, 53 ünvanında olacaq.
Yığıncağın gündəliyinə müəssisənin 2016-cı il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq edilməsi məsələsi daxildir.
Xatırladaq ki, “Baku Steel Construction” ASC 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4511540 manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/baku-steel-construction-sehmdarlarina-hesabat-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR