Rusiya Türkiyə pomidorlarına niyə qadağa qoyub? - SƏBƏB açıqlandı

Rusiya Türkiyə pomidorlarına niyə qadağa qoyub? - SƏBƏB açıqlandı
09:23 4 May 2017
112 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gün Türkiyə və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşündə iki ölkə arasındakı ticarət əlaqələri haqqında da müzakirələr aparılıb.

Publika.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla Soçidə keçirilən görüş zamanı iki ölkə arasındakı ticarət əlaqələrinə qoyulan məhdudiyyətlərin tamamilə qaldırılması məsələsində anlaşdıqlarını dilə gətirib.

Putinin sözlərinə görə, iki hal istisna olmaqla, bütün digər məhdudiyyətlər aradan qaldırılıb: "Türk tərəfdaş və dostlarımıza da məlum olan faciəli hadisələrdən sonra bizim kənd təsərrüfatı istehsalçılarımız böyük məbləğdə kreditlər alıb. Bu, tam olaraq pomidor istehsalı ilə bağlıdır. Bu, iqlim şərtləri altında istixanaların tikintisilə bağlı olduqca uzunmüddətli bir istehsal prosesidir. Bu səbəbdən də bu məhsula qoyulan məhdudiyyətlər davam edəcək".

Vladirmir Putin onu da qeyd edib ki, Rusiya Türkiyədən gələn pomidorlar da daxil olmaqla bir sıra xaricdən gələn pomidorlara da müvəqqəti məhdudiyyətlər qoyub: "Hazırki investisiya prosesi bitdikdən sonra Rusiya bazarlarında yenidən sərbəstlik olacaq. Ümumilikdə isə hesab edirəm ki, hazırkı vəziyyətlə əlaqəli ikitərəfli razılığa gələ bildik".

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR