İyirmi iki il əvvəl PKK-ya qoşulan keçmiş sovet zabiti məhv edilib

İyirmi iki il əvvəl PKK-ya qoşulan keçmiş sovet zabiti məhv edilib
10:07 4 May 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 may. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Karaçok bölgəsini bombalaması nəticəsində zərərsizləşdirilən terrorçular arasında PKK qruplaşmasının “Çiya Rus” kod adlı terrorçusu Mərdəli Süleymanov da olub.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, “Çiya Rus” 22 il əvvəl PKK-nın sıralarına qoşulub.
İnformasiyaya əsasən, o, qruplaşmanın aparıcı təlimçilərindən biri olub. Son zamanlar isə PKK-nın Suriyadakı qolu olan “YPG” terrorçularına Karaçok dağında təlim keçirmiş.
Məlumata görə, M.Sülıeymanov Qazaxıstanın Çimkənd bölgəsində anadan olub. Sovet ordusunun zabiti olub. 22 il əvvəl qaçaq yolla İraqın Ərbil şəhərinə gedib, oradan isə terrorçu PKK-nın Kandildəki düşərgəsinə gedib.
Bəzi mənbələr isə onun Suriyanın Cizre bölgəsində avtomobil qəzasında öldüyü barədə məlumat yayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-yirmi-iki-il-evvel-pkk-ya-qosulan-kecmis-sovet-zabiti-mehv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR