Rusiyanın hərbi texnikası İSTANBULDA

Rusiyanın hərbi texnikası İSTANBULDA
10:13 4 May 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulda keçiriləcək "IDEF-2017" Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Rusiyanın 240-dan çox silah və hərbi təchizatı nümayiş ediləcək.

Publika.az xəbər verir ki, sərgidə Rusiyanın silah ixracat şirkəti olan "Rosoboroneksport"la yanaşı "Almaz Antey" də iştirak edəcək.

Sərgidə nümayiş olunacaq avadanlıqlar arasında S-400, Buk-M2 hava müdafiə sistemləri, Tor-M2e, Tor-M2k və Tor-M2km raket sistemləri ilə yanaşı, Tunguska-M1, Şilka-M4 kimi sistemlərin maketləri də yer alacaq.

Sərgidə həmçinin Baykal-1me, Fundament kimi sistemlər də tanıdılacaq.

Qeyd edək ki, Türkiyədə 9-12 may tarixlərində 13-cu "Beynəlxalq Müdafiə Sənayesi" sərgisi keçiriləcək.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR