Ürəyi qoruyan ən faydalı tərəvəz

Mütəmadi göbələk istifadə edənlərin ürək xəstəliyinə tutulma riski çox aşağıdır.

Metbuat.az xəbər verir ki, Şotlandiyada aparılan araşdırmada mütəmadi olaraq göbələk yeməyin ürək xəstəliklərinə yoluxmaq riskini 35 azaltdığı məlum olub. Göbələyin tərkibindəki kalium, C vitamininin şah damarları qoruyaraq ürəkdə əmələ gələ biləcək problemləri əngəlləyir.

Qeyd edək ki, göbələyin faydaları bununla bitmir. Antioksidant baxımından zəngin olan göbələk həzmi asanlaşdırır. Tərkibində pensilinin bənzəri olan antibiotiklər mikroblarla və infeksiyalarla mübarizə aparır, mədə xəstəliklərinin müalicə olunmasına köməkçi olur. Tərkibində olan A, kompleks B və C vitaminləri həzm sistemini nizamlayır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR