Qız istəmə mərasimində FACİƏ: evdən 6 meyit tapıldı - VİDEO - FOTO

Qız istəmə mərasimində FACİƏ: evdən 6 meyit tapıldı - VİDEO - FOTO
10:27 4 May 2017
145 Dünya
Ölkə mətbuatı
A- A+

Qız istəməyə gələn oğlan 5 nəfəri öldürdü, sonra da intihar etdi.

Milli.Az bildirir ki, dəhşətli hadisə Türkiyənin Adana şəhərində baş verib.

Adananın Seyhan mahalında təqaüdə çıxan vali müavini İsmet Metinin evindəki qız istəmə mərasimi zamanı faciə baş verib. 

Ailələr arasında mübahisə yaranıb. Əsəblərinə hakim ola bilməyən bəy namizəd 5 nəfəri öldürüb, sonra da intihar edib.

Silah səslərini eşidənlər polisə xəbər veriblər. Onlar hadisə yerinə gəldikdə evdə 3-ü qadın olmaqla, 6 meyit tapıblar.

Ölənlərdən biri yataq otağında tapılıb.

Məsələ ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Adanada ailə qətliamı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/541496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR