Türkiyə səhəri bu dəhşətli xəbərlə açdı

Türkiyənin Adana şəhərində dəhşətli hadisə baş verib. Bir mənzildə 6 cəsəd aşkarlanıb.

Metbuat.az xəbər verir ki, ölənlərin arasında şəhərin keçmiş meri Vali İsmet Metin, həyat yoldaşı və qızı da var. Məhəllədə güllə səsi eşidən polislər hadisə yerinə gəlib.

Evin qapısını qırıb içəri girən asayiş keşikçiləri 6 cəsəd aşkarlayıb. Sözügedən şəxslərin hamısı güllələnib.

Hadisənin təfərrüatları araşdırılır.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR