Baş nazirin müavini: Yeni köçkün qəsəbələrin salınmasına 2,3 milyard manat sərf olunub

Baş nazirin müavini: Yeni köçkün qəsəbələrin salınmasına 2,3 milyard manat sərf olunub
10:43 4 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

İndiyədək Azərbaycanda məcburi köçkünlər üçün yeni qəsəbələrin salınmasına ümumilikdə 2,3 milyard manat vəsait sərf olunub.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, YAP sədrinin müavini Əli Həsənov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.

Ə.Həsənov qeyd edib ki, bunun 2 milyard manatı Dövlət Neft Fondunun vəsaitidir və onun da 1,95 milyard manatı, yaxud 97 faizi son 13 ildə ayrılıb.

Baş nazirin müavini əlavə edib ki, indiyədək 50 min ailə və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb ki, bundan 46 min ailə, yaxud 230 min nəfər son 13 ilin payına düşür:

“2007-ci ildə məcburi köçkünlərin olduqca ağır şəraitdə yaşadıqları 12 çadır və 3 dəmir yolu üzərindəki yük vaqonlarından ibarət düşərgə, 2016-cı ildə isə fin tipli evlərdən ibarət 16 qəsəbədən sonuncusu ləğv olunub və orada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələr yeni salınmış qəsəbələrə köçürülüb. Qaçqın və məcburi köçkünlər üçün indiyədək ümumilikdə 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Müqayisə üçün bu yeni yaşayış komplekslərinin mənzil fondu Mingəçevir şəhərinin mənzil fondundan iki dəfə çoxdur”.

Ə.Həsənov bildirib ki, ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 6,2 milyard manat məbləğində vəsait xərclənib. Bunun 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. Bu vəsaitin də 85 faizi, yaxud 5,2 milyard manatı son 13 ildə istifadə edilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2749898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR