Elza bu dəfə erotik şeir yazdı: "Yorğun olanda mənimlə məzələn… Off çəkərəm…"

Elza bu dəfə erotik şeir yazdı: "Yorğun olanda mənimlə məzələn… Off çəkərəm…"
10:47 4 May 2017
264 Ölkə
Ölkə mətbuatı
A- A+

Tez-tez izləyicilərini təəccübləndirən əməkdar artist Elza Seyidcahan yenə öz ampulasındadır. Müğənni əksər oxucular tərəfindən qınaqla qarşılanan şeirlərindən daha birini təqdim edib.

Milli.Az aktual.az-a istinadən xəbər verir ki, Elza Seyidcahan izləyicilərilə növbəti şeirini "Instagram" sosial şəbəkəsində paylaşıb. Üstəlik, bu dəfəki şeir daha çox əyləncəli və erotik çalarlarla diqqət çəkir.
Elza Seyidcahanın sosial şəbəkədə "Məzələn" adı ilə paylaşdığı mətni təqdim edirik:

Yorğun olanda mənimlə məzələn
soy əynini, soy ruhunu təzələn.
Ordan bura, burdan ora sərələn
Mənə de ki, dağ qoynumda təpələn
Ağuşumda körpələn,
gəldiyin yollara güllər səpərəm.
Saçlarınla dəniz kimi ləpələn
de ki, mənə
başdan ayağa səninçün qəzələm.

Yaralanaram.
De ki, de ki, nərə çəkərəm
ay çəkərəm, ox çəkərəm,
off çəkərəm, uff çəkərəm
məzələnməsəm, təzələnmərəm
Yer olmasa, vaxt olmasa,
heç olmasa
yorğun könlün xoş olmasa,
demə mənə
mən sevgimi kəsərəm.
Bil ki, canım, mən ölərəm
itərəm.
Sevgi yoxsa, arxayın ol,
gəl mənimlə məzəli-məzəli,
Məsələn,
təzələn.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/541512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR